Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata bildirilir ki, danışıqlar bir saata qədər davam edib.
Bu zaman əsasən Ukrayna ətrafında vəziyyət müzakirə olunub.
13:58 Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı başlayıb.
Bu barədə "TRT Haber" telekanalına istinadən xəbər verir.
Tərəflər arasında Ukraynadakı vəziyyət müzakirə olunur.
Bundan əvvəl Türkiyə Prezidentinin nümayəndəsi bildirmişdi ki, Ərdoğan Putinlə danışıqlar zamanı Ankaranın Ukrayna ilə bağlı təkliflərini ona açıqlayacaq.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb./"Report"


