Amerika Birləşmiş Ştatları və Kanada öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.
Demokrat.az"Unian" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti və Kanada Xarici İşlər Nazirliyinin bəyanatlarında deyilir.
Hər iki dövlət öz vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edir.
“Rusiya hərbçilərinin Ukraynaya əsassız hücumu, Rusiya təhlükəsizlik məmurları tərəfindən ABŞ vətəndaşlarının təqib olunma ehtimalı, səfirliyin Rusiya Federasiyasındakı ABŞ vətəndaşlarına yardım etmək imkanlarının məhdudluğu səbəbindən Rusiyaya səfər etməyin” - Dövlət Departamentinin bəyanatında bildirilir.
Həmçinin,ABŞ vətəndaşlarına Rusiyanı tərk etmək üçün məhdud uçuş variantlarının, avtomobil və avtobusla açıq marşrutların hələ də mövcud olduğu xatırladılıb.
“Rusiyada yaşayan və ya bu ölkədə səyahət edən ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər” - Dövlət Departamenti bildirib.
Kanada Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına müvafiq müraciətlər dərc edib.
"Hazırda Rusiyadasınızsa, kommersiya səyahətləri variantları mövcud olduğu halda, ölkəni dərhal tərk etmək mütləqir" - Kanada XİN-in bəyanatında yer alıb.
Zamiq Demokrat.az


