"Adətən fantastik qolları qeyd edirik, onların sevincini yaşayırıq Amma indi başqa məsələyə diqqəti yönəltmək istərdim. Dünən “Qarabağ” klubu tərəfindən idman jesti gördük".
Demokrat.az xəbər verir ki, bu sözləri UEFA-nın baş katibi Corco Marketti deyib. Qurum rəsmisi "Qarabağ"ın jestini yüksək qiymətləndirib: "Baş hakim “Marsel”in qapısına əllə vurulan qolu saysa da, “Qarabağ” jest edərək, bunun ləğvini istədi. “Qarabağ”a müraciət edərək demək istəyirəm ki, sizin bu turnirdəki performansınız əla idi. Amma feyr-pley jestiniz ondan da yaxşı idi".
Zamiq Demokrat.az


