Gündəm

“Rusiya ilə Ukrayna arasında müharibənin başlanacağına inanmıram” — Deputat

“Rusiya ilə Ukrayna arasında müharibənin başlanacağına inanmıram” — Deputat

“Rusiya ilə Ukrayna arasında real müharibənin başlanacağına inanmıram”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputatın sözlərinə görə, bunun baş verməsi məntiqli məsələ deyil:

“Avropanın ortasında yeni letal formada müharibə başlanacağına inanmıram. Çünki bu on minlərlə, yüz minlərlə insanın tələfatı deməkdir. Onu da qeyd edim ki, bu gün iqtisadi durum onsuz da həm Avropada, həm də bütün dünyada çox pisdir. Yəni, bu iqtisadi durum daha da çətinləşə bilər. Yüz minlərlə Avropada insanlar işsiz qala bilər, sahibkarların vəziyyəti isə daha da pisləşər. Bu məsuliyyəti isə nə Avropa, nə Amerika, nə də Rusiya öz boynuna götürən deyil. Ona görə də, müharibə olmayacaq”.

Deputat qeyd edib ki, bütün dünyada iqtisadi proqnozlar günbəgün daha da pisləşir:

“Taxılın, kənd təsərrüfatı məhsullarının qiyməti sürətlə qalxır, nəqliyyat problemləri yaşanır. Yəni, iqtisadi proqnozlar heç də ürəkaçan deyil. Buna görə də inanmıram ki, müharibə olsun. Nəyə görə etsinlər ki? İnanıram ki, bütün məsələlər diplomatik sülh yolu ilə həll olunacaq. Bütün dünya Rusiyanı da, Avropanı da, Amerikanı da buna çağırır. Biz də bu mövqeni tuturuq. Hibrid formada nəsə addımlar atıla bilər, amma real, letal müharibə olsun, güclü silahlar danışsın buna inanmıram. Bu məsuliyyəti heç bir ölkə boynuna götürə bilməz. Sadəcə bu formada Ukraynananın başında oyunlar gedir. Qərb ölkələri çalışır ki, nəsə addımlar atsın, mövqeyini bildirsin. Azərbaycan da çalışır ki, bütün məsələləri diplomatik və sülh yolu ilə həll olunsun. Biz Ukraynanın müstəqilliyini tanıyan bir ölkəyik. İnanıram ki, hər şey müsbətə doğru düzələcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az