Gündəm

“Heyvan hüquqları cəmiyyətləri qrantları alıb, yeməkdən ibarət hesab edirlər” — ETİRAZ

“Heyvan hüquqları cəmiyyətləri qrantları alıb, yeməkdən ibarət hesab edirlər” — ETİRAZ

Sosial şəbəkələrdə itlərin kütləvi şəkildə öldürüldüyünü əks etdirən görüntülər yayılıb. Gəncədə çəkildiyi deyilən videoda iddia olunur ki, sahibsiz heyvanlar şəhərin küçələrindən yığılaraq mərkəzdən aralıda bir əraziyə gətirilib, orada daş və digər alətlərlə vurularaq öldürülüb. Yayılmış görüntülərdən də aydın olur ki, onlarla itin cəsədi zibilliyə atılıb. Onların arasında yarımcan olan, yaralananlar da var.

Məsələ ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının eksperti Elçin Bayramlı Demokrat.az-a açıqlama verib.

Ekspert bildirib ki, bu, konkret vəhşilik və qanunsuzluq aktıdır:

“Heyvanların kütləvi qırılmasına heç cür bəraət qazandırmaq olmaz. Əgər küçə itlərinin bəziləri insanlara problem yaradırsa, bunun sivil həlli yolları var. Necə ki, əksər ölkələrdə həyata keçirilir. Bizdə də Bakıda xüsusi sığınacaq var ki, toplayıb orada saxlayırlar. Ya da onlara xüsusi peyvəndlər vurulur və quduzluq olmur. Belə mədəni üsullar olduğu halda vəhşiliyi nə ilə əsaslandırmaq olar ki? Dünya təkcə insanların yaşaması üçün nəzərdə tutulmayıb, heyvanların da bu planetdə yaşamaq haqqı var”.

Ekspert əlavə edib ki, heyvanların təbii yaşam areallarını əlindən almışıq, indi də onları kütləvi qırmağa çalışırıq:

“Heyvan hüquqları cəmiyyətləri qrantları alıb, yeməkdən ibarət hesab edirlər” — ETİRAZ

“Bu, təbii balansı pozur, biomüxtəlifliyi məhv edir və bunun da mütləq fəsadları olur. Ona görə də bu cinayəti həyata keçirənlər sərt cəzalandırılmalıdır. Təəssüf ki, bizdə kağız üzərində olan ekoloji təşkilatlar və heyvan hüquqları cəmiyyətləri belə hallara qarşı sərt etirazla çıxış etmirlər. Bunlar öz işlərini müxtəlif qrantları alıb, yeməkdən ibarət hesab edirlər. Qısası nə dövlət orqanları, nə də cəmiyyət təbiətin qorunmasına marağı yoxdur. Yaxşı ki, media var, belə hallar haqqında hay-küy salır. Hesab edirəm ki, bu məsələ müvafiq orqanlar tərəfindən nəzarətə götürülməli və bu işi həyata keçirənlər ağır cəzalandırılmalıdır”.

Xatırladaq ki, bir müddət öncə Gəncə Şəhər İcra Hakimiyyəti belə bir göstəriş vermədiyini və hazırda qeyd olunan faktla bağlı araşdırma aparıldığını bildirmişdir.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az