Sosial

Salyanda tanınmış idmançı ilə görüş keçirildi — FOTOLAR

Salyanda tanınmış idmançı ilə görüş keçirildi — FOTOLAR

Bu gün Salyan şəhər 2 saylı tam orta məktəbin akt zalında karantin rejimi qaydalarına riayət edilməklə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən "Çempionumuz" lahiyəsi çərçivəsində sərbəst güləş idman növü üzrə 3 qat Azərbaycan çempionu, Avropa Çempionatının gümüş mükafatçısı, Dünya Çempionatının bürünc mükafatçısı salyanlı idmançı Arif Hüseynovla görüş keçirilib.

Demokrat.az xəbər verir ki, tədbirdə ilk öncə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirdi ki, bütün zamanlarda hər bir cəmiyyətin dayağını sağlam bədənli və sağlam ruhlu insanlar təşkil etmişlər. 44 günlük vətən müharibəsində qazanılmaış parlaq zəfərimizdə ölkəmizdə formalaşan sağlam nəsil gənclər, idmançılar böyük pay sahibi oldular. Ölkəmizdə formalaşan sağlam nəsil Vətənimizin sağlam gələcəyi deməkdir.

Tədbirdə çıxış edən “Azərbaycan Respublikası Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” veteran güləşçi, Arif Hüseynovun ilk güləş müəllimi Fəxrəddin İmanov bildirdi ki, idman hər yaşda insanların sağlamlığı ilə bərabər, onların harmonik inkişafına da şərait yaradır, şagirdlərdə doğma məktəbin, tələbələrdə ali təhsil ocaqlarının, ümumilikdə isə Vətənin şərəfini müdafiə etmək kimi müsbət keyfiyyətlər tərbiyə edir. Buna görə də, idmanın kütləviliyi gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacibdir. Hər bir cəmiyyətin sağlam və fiziki cəhətdən güclü gənclərə ehtiyacı var.

Tədbirdə çıxış edən 3 qat Azərbaycan çempionu, Avropa Çempionatının gümüş mükafatçısı, Dünya Çempionatının bürünc mükafatçısı Salyanlı idmançı Arif Hüseynov qeyd etdi ki, idmanın məktəblilər arasında təbliğ olunması olduqca əhəmiyyətli məsələdir. Bu gün ölkəmiz beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır, dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Daha sonra Arif Hüseynov öz idman karyerasında tədbir iştirakılarına geniş məlumat verdi.

Tədbirin gedişatında idmançının karyerasını özündə əks etdirən broşurlar paylanıldı, videoçarx nümayiş etdirildi. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar Arif Hüseynov tərəfindən cavablandırıldı, xatirə şəkilləri çəkildi.

Hüseynov Arif Aruz oğlu 06 yanvar 1996-cı ildə Salyan rayonunda anadan olmuşdur. Güləşlə məşğul olmağa 7 yaşından Salyanda başlamışdır.

Arif Hüseynov 12 yaşından isə “Neftçi” idman klubuilə bağlanmış müqavilə əsasında məşqlərini davam etdirmişdir. Şəxsi Məşqçisi Elman Əzimzadənin nəzarəti altında 3 dəfə Azərbaycan Çempionu olmuşdur. 2012-ci il Polşanın Varşava şəhərində keçirilən Avropa Çempionatının gümüş mükafatçısı, 2014-cü ildə Bolqarıstanın Sofia şəhərində keçirilən Beynəlxalq turnirin qalibi olmuşdur. Həmçinin Heydər Əliyev adına Naxçıvan Kubokunun 2 qat qalibi, 2014-cü il Türkiyənin Ərzurum şəhərində qızıl kəmər uğrunda keçirillən yarışın qalibi, Xorvatyanin Zaqreb şəhərində keçirilən Beynəlxalq turnirin gümüş mükafatçısı olmuşdur. 2015-ci ildə Braziliyanın Salvador de Bahia şəhərində keçirilən Dünya Çempionatının bürünc mükafatçısı olmuşdur.

Demokrat.az

D
demokrat.az