Gündəm

BNA-nı tənqid edən deputat: "Prezidentə qurban olum, onun qoluna da, xeyir xəbər olasan”

BNA-nı tənqid edən deputat: Prezidentə qurban olum, onun qoluna da, xeyir xəbər olasan”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sərəncamı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin, "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

BNA-nı daim tənqid edən millət vəkili Rüfət Quliyev Qaynarinfo-ya açıqlamasında sərəncamı belə qarşılayıb:

"Sərəncamdan xəbərim yoxdur. Zarafat edirsiz? Oy nə gözəl, nə gözəl! Prezidentə qurban olum, onun qoluna da. Xeyir xəbər olasan”.

Rufət Quliyev bildirib ki, BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə tam doğru addımdır: "Mən bu qurumun fəaliyyətindən daim narazı olmuşam".

D
demokrat.az