Hadisə

Şirvanda avtomobillər toqquşub, xəsarət alanlar var

Şirvanda avtomobillər toqquşub, xəsarət alanlar var

Şirvanda yol qəzası olub, xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində dörd nəfər - Şirvan Şəhər Xəstəxanasının travmatoloqu Qasımov Əli Firudin oğlu, Şirvan sakini, 1984-cü il təvəllüdlü Abbasov Əjdər Abbas oğlu və daha iki rayon sakini xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az