Kriminal

Gəncədə tələbələrin yaşadığı evə basqın edildi

Gəncədə tələbələrin yaşadığı evə basqın edildi

Gəncədə tələbələrin yaşadığı evə basqın edilib.

Demokrat.az xəbər verir ki, şəhər sakini Sadiq Cəfərli polisə ərizə ilə müraciət edərək tələbə yoldaşları Rüstəm Eyvazov və Kamran Cəfərovla birlikdə kirayə yaşadıqları mənzilə naməlum şəxsin daxil olduğunu bildirib.

Həmin şəxs onlara bıçaqla hədə-qorxu gələrək 4 min manatlıq əmlaklarını götürüb.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

D
demokrat.az