Hadisə

Salyanda 4 otaqlı ev yandı

Salyanda 4 otaqlı ev yandı

Bu gün günorta saatlarında Salyan şəhəri, T.Xəlilbəyli küçəsi 206-da yerləşən 4 otaqlı ev yanıb.

Virtualaz.org-un Şirvan bürosunun hadisə yerindən verdiyi məlumata görə, 78 yaşlı Telman Qubad oğlu Cəbrayılova məxsus 2 mərtəbəli evdə qəfil yanğın baş verib. Hadisə nəticəsində evin 2-ci mərtəbəsində yerləşən bütün otaqları alov bürüyüb.

Yanğın yerinə FNH-in 4 yanğınsöndürən maşını gəlib. Yanğınsöndürənlər yanğını lokallaşdıraraq alovun qonşu evə keçməsinin qarşısını alıblar.

Hələlik qəflətən baş vermiş yanğının hansı səbəbdən meydana gəldiyi barədə məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az