DTX-nin həbs etdiyi sabiq icra başçısının son vəziyyəti açıqlandı

GÜNDƏM 07 yan 2022, 11:19
Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı, koronavirus infeksiyasına yoluxan Mahir Quliyevin tənəffüsü tam bərpa olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, hazırda M.Quliyev COVID-19 sonrası reabilitasiya məqsədilə mülki xəstəxanada müalicəyə cəlb olunub.

“Artıq tənəffüsü tam bərpa olunub, süni nəfəs aparatından ayrılıb və reabilitasiya üçün başqa xəstəxanaya köçürülüb. Sabiq icra başçısının vəziyyəti kafi hesab olunur və hazırda COVID-19 sonrası reabilitasiya mərhələsi davam edir”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, M.Quliyev ötən il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top