Qazaxıstanda baş verənlər — Kimin ayağına yazaq?

GÜNDƏM 05 yan 2022, 15:26
Qazaxıstanda baş verənləri biri Putinin ayağına yazır, digəri hesab edir ki, bu Qərbin (ABŞ-ın) postsovet məkanında növbəti "məxməri inqilab" ssenarisidir, üçüncüsü isə deyir ki, bütün bu gərginliklər, aksiyalar Nazarbayevin özünün "dirijor çubuğu" ilə idarə olunur.

Bir sözlə, konspiroloji ehtimallar və versiyalar (komplo-teorilər) havada uçuşur.

Ancaq əsl həqiqətdə isə bu versiyaların heç biri real deyil.

Yeganə səbəb sosial-iqtisadi durumla bağlıdır. Bunu aksiya iştirakçılarının irəli sürdükləri tələblərdən də görmək mümkündür.

Etirazçıların əsas tələbləri ərzaq məhsullarının qiymətinin azaldılması, yanacaq-sürtgü materiallarının qiymətinin aşağı salınması, təqaüd yaşının 58/60 yaşa endirilməsi, əməkhaqqının artırılması, minimum pensiya məbləğinin artırılması, uşaqpulunun miqdarının artırılması və sair bu kimi gündəlik ehtiyacları ilə bağlıdır.

Yəni ki, insanlar sadəcə yaşam şərtlərinin yaxşılaşdırılmasını, normal səviyyəyə qaldırılmasını istəyirlər.

Bunun Putinlə və ya Baydenlə nə əlaqəsi?..(xezernews.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top