Azərbaycanın Türkiyədəki səfiri Vətən müharibəsi şəhidinin ailəsini qəbul etdi

SİYASƏT 25 dek 2021, 22:29
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Vətən müharibəsi şəhidi, baş leytenant Valeh Məmiyevin ailəsini qəbul edib.

Demokrat.az-ın xəbərinə görə, bu barədə səfirliyin “Twitter” hesabında bildirilib.

Səfir həmçinin, şəhid övladları Anar İbrahimli, Şəbnəm Qubadova və Vətən Müharibəsi qazisi Anar Mövsümovu da qəbul edib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi, baş leytenant Valeh Məmiyevin ailəsi Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Ankarada səfərdədir.

Xatırladaq ki, V.Məmiyev təlimlər zamanı Hulusi Akara “torpaqlarımızı işğaldan azad edəcəyik” sözünü verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top