Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı dəfələrlə artıb

REGİON 24 dek 2021, 19:36

2021-ci ilin noyabrında Azərbaycandan Türkiyəyə 47 556 nəfər səfər edib ki, bu da 2020-ci ilin noyabrı ilə müqayisədə 18 dəfə çoxdur.

Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlıumat verir.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 2,7 faiz təşkil edib.

Yanvar-noyabr aylarında 413 420 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 87,57 faiz çoxdur.

2021-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,81 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2021-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə 25,819 milyon turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 89,61 faiz çoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top