Vladimir Putin İlham Əliyevi yubileyi münasibəti təbrik etdi

XARİCİ SİYASƏT 24 dek 2021, 12:03
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu,

60 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz ən çətin vəziyyətlərdə belə balanslı, uzaqgörən qərarlar qəbul etməyə qadir olan müdrik və təcrübəli dövlət xadimi kimi həmvətənlər arasında və beynəlxalq aləmdə layiqli nüfuza sahibsiniz. Sizin rəhbərliyiniz altında Azərbaycan iqtisadi, sosial və digər sahələrdə hamı tərəfindən qəbul edilmiş uğurlara imza atıb.

Yoldaşlıq münasibətimizi yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv, məzmunlu dialoqun və Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi, eləcə də regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə sıx birgə işi davam etdirməkdən şad olaram.

Sizə səmimi-qəlbdən cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Fürsətdən istifadə edib ailənizə ən səmimi salamlarımı çatdırmaq istərdim”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top