“Yeni Klinika” işində təqsirli bilinən şəxslərə hökm oxundu

HADİSƏ 16 dek 2021, 14:30
“Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov, oranın işçiləri - Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin cinayət işi məhkəmə prosesi başa çatıb. 

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. 

Pərviz Abbasova 8 il 6 ay, Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinə 8 il həbs cəzası verilib.

Vüsalə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq, ona 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Vüsalə Əliyeva 2 il, digər təqsirləndirilən şəxslər isə 3 il dövlət orqanlarında vəzifə tutmaqdan məhrum edilib. 

“Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Pərviz Abbasov Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top