“Elektron ticarətin nəzarətə götürülməsi hansısa bir başqa anlamda deyil” — AÇIQLAMA

SOSİAL 13 dek 2021, 19:59
Ötən gün Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında elektron ticarətin nəzarətə götürüldüyünü deyib.

Məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında bildirib ki, burada elektron ticarətin nəzarətə götürülməsi hansısa bir başqa anlamda deyil, məhz elektron ticarət üzərindən sifariş verilmiş məhsullar, onların qiyməti, sifarişlərin ölkəyə çatdırılması, ödənişlərin edilməsi, qoyulmuş məhdudiyyətlərin aşılması və ya aşılmaması kimi məsələr nəzərdə tutulub.

Ekspert diqqətə çatdırıb ki, bütün bu proseslər elektron baza üzərindən idarə edildiyinə görə, Dövlət Gömrük Komitəsi məhz bu kontekstdə məsələni nəzarətə götürüb:

“Məsələn, mal gəldiyi zaman sifarişçiyə gömrük bəyannaməsinin doldurulması tələbi qoyulur. Yəni 300 dollar ödəniş həcmi ötmədən gömrük komitəsinin mobil tətbiqi üzərindən sifarişlər əldə etməklə, gömrük bəyannaməsi doldurulur. Dövlət Gömrük Komitəsi də bu formatlarda məsələyə yanaşır. Elektron ticarətdə baş verən proseslər: gətirilmə, sifariş, ödənişlərin limiti keçib-keçməməsi məsələsinə komitə tərəfindən nəzarət olunacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top