Səmayə Məmmədova işdən çıxdı

SOSİAL 13 dek 2021, 12:37
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Səmayə Məmmədova BNA-dan ayrılıb.

Səmayə Məmmədova faktı təsdiq edib: "Bəli, BNA-dan ayrılmaq qərarı verdim. Artıq ərizəmi rəhbərliyə də təqdim etmişəm. Dekabrın 30-u qurumda son iş günümdür".

Səmayə Məmmədova bundan sonra harada çalışacağı ilə bağlı suala isə belə cavab verib:

"Hələ qərar verməmişəm. BNA-da işlədiyim dönəmlərdə də bir sıra qurumlardan PR mütəxəssisi olaraq dəvətlər almaqda idim. Dəqiq heç nə deyə bilməyəcəm. Bəlkə də, öz şəxsi işimi qurub bu istiqamətdə çalışacam. Bu gün mənim üçün ən önəmli olan PR sahəsində 22 illik təcrübəm əsasında yazdığım "Peşəkarlığın rəsmi" kitabının təqdimat mərasimidir. Sonrasını zaman göstərəcək".(azxeber.com)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top