Beynəlxalq təşkilat Heydər Əliyevin xatirəsini andı

XARİCİ SİYASƏT 12 dek 2021, 08:29
Türk Dövlətləri Təşkilatı özünün tviterdəki səhifəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Dekabrın 12-si dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günüdür. Bu münasibətlə Türk Dövlətləri Təşkilatı olaraq müasir Azərbaycanın Ulu Öndərini və Qurucusunu dərin ehtiramla yad edirik”.

Xatırladaq ki, noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Şuranın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top