Nazarbayev Azərbaycanın Avrasiya Birliyinə dəvət olunmasını təklif etdi

XARİCİ SİYASƏT 10 dek 2021, 16:18
Qazaxstanın sabiq prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqının bu gün keçirilən iclasında Azərbaycanı müşahidəçi statusunda quruma dəvət olunmasını təklif edib.

Demokrat.az xəbər verir ki, Nazarbayev iclasda İqtisadi Şuranın fəxri sədri kimi iştirak edir.

“Mən uzun illik fikir ayrılığından sonra Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulmasını ürəkdən alqışlayıram.  Hesab edirəm ki, hamı belə düşünür“-deyə o vurğulayıb.

Nazarbayevin sözlərinə görə, Özbəkistanın belə nümunəsi bu addıma ilham verməlidir.

“Özbəkistan bundan az qazanmayıb”-deyə o qeyd edib.

İclas video əlaqə formatında gedir.

Avrasiya İqtisadi İttifaqı Rusiya, Ermənistan, Belarus, Qazaxstan və Qırğızstanın daxil olduğu iqtisadi əməkdaşlıq təşkilatıdır. Moldova, Özbəkistan və Kuba bu qurumda müşahidəçi statusunda təmsil olunur.

Azərbaycan Avrasiya İttifaqına üzvlükdən imtina edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top