Fatih Terim xəstəxanaya yerləşdirildi

SOSİAL 07 dek 2021, 20:15
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim xəstəxanaya yerləşdirilib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Buna səbəb 68 yaşlı mütəxəssisin onurğasındakı yırtıqla bağlı müalicə olunmasıdır.
 
Ağrıları olan baş məşqçinin müalicəsinə başlanılıb. Qeyd edək ki, "Qalatasaray" növbəti oyununu UEFA Avrpa Liqasının qrup mərhələsində İtaliya "Latsio"suna qarşı keçirəcək. Dekabrın 9-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top