Salyanda voleybol üzrə rayon birinciliyi keçirildi — FOTOLAR

İDMAN 07 dek 2021, 15:39
Dekabrın 6-7-də Salyan rayon Gənclər və İdman İdarəsi  və  Salyan  rayon  Təhsil  Şöbəsinin  birgə  təşkilatçılığı  ilə  Salyan  şəhər  2 saylı  tam orta  məktəbin  idman  zalında karantin rejiminin qaydalarına riayət edilməklə  Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş ümumtəhsil məktəbləri arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Demokrat.az xəbər verir ki, ilk öncə  Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik  sükutla  yad  edilib.

Tədbirdə çıxış  edən Salyan rayon Gənclər və İdman İdarəsinin  rəis müavini  Aqşin  Qasımov  Ulu Öndər Heydər Əliyevin mübariz həyat yolundan bəhs edərək bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. Daha sonra  qeyd edib ki,  yarışın  keçirilməsində  əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini  yad etmək  və perspektivli  idmançıları aşkar etmək,  rayonda voleybol idman növünün kütləviliyinə nail olmaqdan ibarətdir.

Salyan  rayon  Təhsil  Şöbəsinin metodisti  Emin  Məlikov  Yarış haqqında  məlumat verərək  qaydaları izah edib və iştirakçı  komandalara  uğurlar arzulayıb.

Püşkatmadan  sonra  komandalar  yarışlara  başlayıblar. Yekun  nəticədə  III  yeri Salyan şəhər  7  saylı  məktəb-liseyin komandası, II  yeri  Salyan  şəhər  8  saylı  tam  orta  məktəbin  komandası,   I  yeri  isə  Salyan  rayon  Sarvan kənd  tam  orta məktəbin komandası  tutub.

Qalib  komandalar  Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları  ilə təltif olunublar.

Bir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 10 nəfər, ayaqüstə duran insanlar və bunu deyən yazı "Sirates Emirates REDMI NOTE 8 AI QUAD CAMERA" şəkili ola bilərBir 13 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "REDMI NOTE 8 AI QUAD CAMERA" şəkili ola bilərBir 9 nəfər, voleybol oynayan insanlar, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "REDMI NOTE 88 8 AI QUAD CAMERA" şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "REDMI NOTE 8 AI QUAD CAMERA" şəkili ola bilərBir 14 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "A REDMI NOTE 8 AI QUAD CAMERA" şəkili ola bilərBir 14 nəfər, ayaqüstə duran insanlar və bunu deyən yazı "M REDMI NOTE 8 AI QUAD CAMERA" şəkili ola bilərBir 14 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "Aly REDMI NOTE 8 AI QUAD CAMERA" şəkili ola bilərBir 16 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "REDMI NOTE 8 AI QUAD CAMERA" şəkili ola bilərBir 12 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 14 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top