“Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsində təxminən 1,7 milyard dollar həcmində müsbət saldoya malikdir”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
İqtisadçı bildirir ki, həm ümumi ticarət dövriyyəsinə, həm də qeyri-neft ixracatında Türkiyəyə ixrac edilən və Türkiyədən idxal edilən məhsulların strukturuna diqqət yetirsək, türk lirəsinin ucuzlaşması bizim ticarət dövriyyəmizə ciddi təsir göstərməyəcək:

“Türk lirəsinin dəyərdən düşməsi təbii ki, Azərbaycandan və dünyanın bir çox ölkələrindən sifarişləri artırıb. Çünki Türkiyədən indi alış-veriş etmək çox sərfəli hala gəlib. Azərbaycandan da sifarişlərin artımı baş verir. Yeni il qabağı, ümumiyyətlə artan xəttlə gedəcək. Əlbəttə ki, Türkiyə iqtisadiyyatında müəyyən dərəcədə istehsalçılar və satış həyata keçirən şirkətlər üçün müəyyən maddi dəstəkdir. Bu, Türkiyə ixracatına çox müsbət təsir göstərir. Son zamanlar Türkiyə Mərkəzi Bankının lirənin dəyərdən düşməsinə mane olmaması da, məhz ixracatı artırmaq üçün atılan addım kimi dəyərləndirmək olar. Görünən odur ki, artıq türk lirəsinin bəlli bir sabit koridorda məzənnəsinin dəyişməsi yolu tutulub. Biz indi görürük ki, 1 dollar 13-15 lirəyə yaxınlaşdıqca, Mərkəzi Bank müdaxilə edir. Yəni, 14 lirəni keçməyə qoymur. Sonradan isə bazar özü tənzimləməyə başlayır. Buna görə də, yaxın zamanda məhz lirənin bu koridorda olması ehtimalı çox yüksəkdir. Hesab edirəm ki, təqribən 13-15 lirə bir dollar koridorunda uzun zaman qala bilər”.
Ekspert qeyd edib ki, bu məsələdə Azərbaycanın qardaş Türkiyəyə dəstək olması bir az qəliz məsələdir: “Biz bu məsələdə Türkiyəyə valyuta verə bilərik, ancaq bu mümkün deyil. Açığı, hansısa bir əsaslarla, müqavilələrlə vermək də mümkün deyil. Ona görə də, bu bir qədər qəliz məsələdir”.
Aynurə
Demokrat.az