Mingəçevirdə kütləvi dava — İki nəfər bıçaqlandı

KRİMİNAL 06 dek 2021, 13:16
Mingəçevir şəhərində iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

Demokrat.az xəbər verir ki, hadisə dekabrın 4-ü saat 20 radələrində şəhərin “Ay işığı” kafesində qeydə alınıb.

Belə ki, Ömər Alxanov və Fikrət Əhmədovun Novruz Bədələov, Ruslan Hüseynov, Hüseyn Həsənli ilə aralarında dava düşüb. Nəticədə N.Bədəlov üzərində gəzdirdiyi cib bıçağı ilə Ö.Alxanovla F.Əhmədovu bıçaqlayıb.

Faklta bağlı Mingəçevir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığı zərər vurma) maddəsi ilə cinayət işi açılıb, N.Bədəlov şübhəli şəxs qismində saxlanılıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top