İki bacı qazdan zəhərləndi

HADİSƏ 05 dek 2021, 22:59
Goranboyda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qazanbulaq kəndində qeydə alınıb.

Kənd sakinləri 2010-cu təvəllüdlü Xudaquliyeva Ayşə Füzuli qızı və bacısı 2012-ci il təvəllüdlü Şamama yaşadıqları evin vanna otağında dəm qazının sızması nəticəsində zəhərləniblər. Xəstəxanaya yerləşdirilən bacıların vəziyyəti normaldır.

Qeyd edək ki, bu gün rayonda baş verən digər dəm qazı zəhərlənməsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəstəxanaya yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top