"Azadlıq" qəzeti Əli Kərimlinin hürən iti, reket mətbuatı olub — Müxalifətçi mühacir

MEDİA 04 dek 2021, 20:01
Əli Kərimlinin himayə etdiyi "Azadlıq" qəzeti isə azadlıq və azad mətbuatı gözdən salıb. 

Demokrat.az
xəbər verir ki, bu fikirlər Avropada yaşayan “qiyamçı diplomat”, müxalifətçi mühacir Nahid Cəfərov bildirib.

O daha sonra fikirlərinə belə davam edib:

"Bunun da başında Əli Kərimli, Qənimət Zahid və digərləri dayanır. Kimsə məndən inciməsin, ifadə kobud səslənsə də, "Azadlıq" qəzeti olub Kərimlinin hürən iti, yəni reket mətbuatı. Kim gözlərinə xoş gəlmir o "mətbuatı" qışqırdırlar adamların üstünə. Kim də onları tərifləyirsə, üstlərinə 3-4-nə də əlavə edib paylaşırlar. 

ReAlın və Natiqin tənqid olunası çoxlu cəhəti var. Tənqid etməyə savadınız çatmır və o üzdən də təxribatla məşğul olursuz. Sizi nə demokratiya, nə azadlıq, nə də mətbuat maraqlandırır. Mətbuatınız kimi, dəyərləriniz də geydirmədir" - deyə mühacir əlavə edib.

Vaqif
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top