Bakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanıldı

HADİSƏ 03 dek 2021, 10:27
Bakıda xanım sərnişin taksidə qısnamaya məruz qalıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, taksi sürücüsü qadına çay içmək təklifi edib. Qadın da həmin şəxsə rədd cavabı verib. Lakin sürücü yenə də sərnişinə təkliflərini davam etdirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, görüntülər araşdırılıb:

“Həmin taksi sürücüsü müəyyən edilərək saxlanılıb. Onun barəsində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi təmin edilib”.

“Taksi sürücülərin bu və ya digər neqativ halları ilə bağlı mətbuata geniş açıqlaması veriləcək”, - o vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top