“O vaxt Qarakənd faciəsində də bizim “qaymaqlarımızın” bir gülləylə hamısını qırdılar”

GÜNDƏM 02 dek 2021, 20:35
“O qəzadan sonra özümə gələ bilmirəm. Gül, əjdaha kimi oğlanlarımızı itirdik. Bu qəza belədir ki, qəzavü-qədər deyilən bir şey var, o hər yerdə, hamının başına gələ bilər”.
 
Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət helikopter qəzasında həlak olan hərbçilərimiz haqda danışarkən deyib. S.Səxavət bu hadisəyə görə çox sarsıldığını bildirib: 
 
“Heç kəs sığortalana bilməz. Dünyada xeyli vertolyot qəzaları olur. 1991-ci ildə Qarakənd faciəsi oldu, indi də Qaraheybət. Məni ən çox ağrıdan da budur. Ümumiyyətlə, bizdə gərək riskli şeylərdə peşəkarlarımız bir yerə yığılmasın. O vaxt Qarakənd faciəsində də bizim “qaymaqlarımızın” bir gülləylə hamısını qırdılar. 
 
Mən hələ bu hadisəyə görə çox göynəyəcəm. Hətta istədim buna görə qəzetlərin birində baş sağlığı verəm, amma gördüm ki, ağzıgöyçəklər söz bəzəyəcəklər. Elə sizin vasitənizlə rəhmətə gedənlərin əzizlərinə, doğmalarına və bir də rəhmətə gedənlər üçün kim göynəyirsə, ağrıyırsa, onlara baş sağlığı verirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top