Hikmət Hacıyev: “Azad edilən ərazilərə faktaraşdırıcı missiya göndərməsi üçün YUNESKO-ya müraciət etmişik”

GÜNDƏM 02 dek 2021, 11:19
"Bu gün mədəniyyətlər arasında əməkdaşlıq olmalıdır".

Demokrat.az xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Mədəniyyət naminə sülh" tərəfdaşlar forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlməklə çox şeyləri dəyişdi: "Ümumilikdə Cənubi Qafqazda vəziyyət dəyişdi".

H.Hacıyev bildirib ki, azad edilən ərazilərdə hər şey dağıdılıb: "Biz orada Azərbaycan mədəni isrsinin dağılmasının şahidi olmuşuq. Biz beynəlxalq təşkilatları ora cəlb etmək istəyirik. Eyni zamanda YUNESKO-ya müraciət etmişik. YUNESKO Baş direktoruna təşəkkür edirik ki, Azərbaycana səfər etdi. Xalqımızın digər sivilizasiyalara hörmətini göstərmək istəyirik. Sülh xalqların birgəyaşayışı üçün çox vacibdir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top