Deportasiya Qurbanları Cəmiyyəti 14 hərbçimizin ailəsinə və xalqımıza başsağlığı verdi

GÜNDƏM 01 dek 2021, 12:30
Azərbaycan Deportasiya Qurbanları Cəmiyyəti (ADQC) Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo¬nunda qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və millətimizə baş sağlığı verir.

Bu barədə ADQC-nin yaydığı məlumatda bildirilib.

Deportasiya Qurbanları Cəmiyyəti baş verən qəzadan təəssüfləndiyini qeyd etməklə yanaşı həlak olan qəhraman Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına dərin ehtiramını ifadə edir.

Cəmiyyət qeyd edir ki, qəza nəticəsində 14 hərbçinin vəfat etməsi cəmiyyətimiz və ordumuz üçün böyük itkidir: “Bu zabitlər Azərbaycan ordusunun güclənməsində, torpaqlarımzın müdafiəsində, dövlət sərhədlərimizin qorunmasında böyük xidmətləri olan vətən oğullarıdır. Biz bu faciə səbəbindən Azərbaycan xalqına, Silahlı Qüvvələrimizə və Ali Baş komandana dərin hüznlə başsağlığı veririk, ordumuzun yanında olduğumuzu bir daha ifadə edirik. Allahdan faciə nəticəsindən həyatından olan qəhraman zabitlərimizə rəhmət diləyirik”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top