Salyanda karate üzrə rayon birinciliyi keçirildi — FOTOLAR

İDMAN 29 noy 2021, 14:30
Noyabrın 28-də Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Salyan rayon Qaraçala qəsəbə tam orta məktəbinin idman zalında karantin rejiminin qaydalarına riayət edilməklə Ulu Öndər  Heydər Əliyevin və  Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək, rayonda karate idman növünün kütləviliyinin artırılması və perspektivli idmançıları aşkar etmək məqsədi ilə Ulu Öndər  Heydər Əliyevin və  Vətən müharibəsi Şəhidlərinin xatirəsinə həsr edilmiş uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında WKF karate idman növü üzrə  açıq rayon birinciliyi keçirilib.

İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov çıxış edərək bildirdi ki, keçən il  Vətən müharibəsi zamanı Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan Prezident cənab  İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü və sarsılmaz iradəsini nümayiş etdirdi. Bu birlik, həmrəylik, Ali Baş Komandanın iradəsi, qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində böyük tarixi Qələbə qazandı.Bu gün Azərbaycanın qalib ölkə olaraq dünyadakı nüfuzunu daha da artırmasının təməlində Ulu Öndər Heydər Əliyev məktəbinin, uzaqgörənliyinin əsasları dayanmaqdadır.Açıq rayon birinciliyinin  təşkilində də əsas məqsəd Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini yaşatmaqdır. 

Sonra IV Dan Qara Kəmər sahibi ,beynəlxalq dərəcəli hakim , karate idman növü üzrə məşqçi-müəllim Seymur Məmmədov , Vətən müharibəsi şəhidi əsgər İmanov Bayrının atası İmanov Ağamirzə , Salyan rayon Qaraçala qəsəbə bələdiyyəsinin sədri Elnur Əhmədov , Vətən müharibəsi Qazisi “Vətən uğrunda” medalı , Füzulinin ,Cəbrayılın ,Qubadlının, və Xocavəndin alınmasına görə medallarla təltif olunmuş Quluzadə Orxan , Vətən müharibəsi Qazisi Füzuli və Cəbrayılın alınmasına görə medallarla təltif olunmuş  karate idman növü üzrə müxtəlif birincilik və turnirlərin qalibi və mükafatçısı Şəmsizadə  Murad, Vətən müharibəsi Qazisi Kəlbəcərin alınmasına görə medalı ilə təltif olunmuş  karate idman növü üzrə 5 qat Azərbaycan çempionu Bəşirli Pərviz  və digərləri çıxışlarında bildirdilər ki, bu gün fəxrlə danışdığımız  şanlı Qələbəni Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirən Ali Baş Komandan Prezident cənab İlham Əliyev və Ordumuzun yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə qürur duyuruq. 

Sonra Ulu Öndər  Heydər Əliyevin və Vətən müharibəsi Şəhidlərinin xatirəsinə həsr edilmiş uşaqlar,yeniyetmələr , gənclər və böyüklər arasında WKF karate idman növü üzrə  açıq rayon birinciliyində Vətən müharibəsi şəhidi əsgər İmanov Bayrı, Vətən müharibəsi şəhidi gizir Cəfərli Xəyal,  Vətən müharibəsi şəhidi əsgər Zamanov Taleh  diplomla təltif olundu və diplomlar onların ailə üzvlərinə təqdim olundu. Vətən müharibəsi Qaziləri Şəmsizadə  Murad, Quliyev Orxan və gizir Dadaşzadə Kamran da WKF karate idman növü üzrə  açıq rayon birinciliyində diplomla təltif olundular.

Sonra açıq  rayon birinciliyinə start verildi.Maraqlı idman mübarizəsi şəraitində keçən açıq rayon birinciliyinin sonunda I ,II , III yeri tutmuş idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tərəfindən diplom və medallarla təltif olundular.

Bir 12 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 11 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "SALYAN YASAMAL GANG" şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 6 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər, uşaq, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top