Bərdədə yol qəzasında 1 nəfər öldü

HADİSƏ 25 noy 2021, 22:25

Bərdədə 1 nəfərin ölümünə, 3 nəfərin xəsarət almağına səbəb olan zəncirvari qəza hadisəsi baş verib.


Hadisə Yevlax-Bəhrəmtəpə yolunun Bərdə rayonunun Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes-Benz", "Vaz- 21015" və "Volkswagen" markalı minik avtomobillərinin toqquşması nəticəsində, Rəhimov Elvin Mübariz oğlu həyatını itirib. Mingəçevir şəhər sakinləri 1974-cü il təvəllüdlü Əhmədov Elxan Fərəc oğlu, 1985-ci il təvəllüdlü Həmzəyev Malik Əli oğlu və 1985-ci il təvəllüdlü Əmiraslanov Sərxan Zaman oğlu müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./apa

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top