“2021-ci ildəki fəaliyyətimiz məni bələdiyyə sədri olaraq qane edir”.
Bu fikirləri Belediyye.infoya Gəncə şəhər Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev bildirib.
Cari ildə həyata keçirilən layihələrə toxunan sədr bildirib ki, bu il ərzində beynəlxalq əməkdaşlıq sahəsində Avropa İttifaqının “Merlər İqtisadi İnkişaf naminə” təşəbbüsünə qoşulan Kəpəz bələdiyyəsi Avropa İttifaqı tərəfindən elan edilmiş qrant müsabiqəsinə təqdim etdiyi “Azərbaycanın qərb iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın gücləndirilməsi” layihəsi birinci mərhələdən keçmişdir. Bu layihə üzərində həqiqətən tərəfimzidən ciddi hazırlıq işləri həyata keçirilmişdir.
Bununla yanaşı Şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması Kəpəz bələdiyyəsinin fəaliyyətində əsas prioritet istiqamətlərindən biri olmuşdur. Əlavə edim ki, cari ildə Kəpəz bələdiyyəsi tərəfindən 33 şəhid ailəsi, 23 Qarabağ əlili, 3 müharibə veteranı, 3 ehtiyyatda olan zabit, ümumilikdə 62 nəfər olmaqla fərdi yaşayış evinin tikintisi üçün 0,04-0,07 ha torpaq sahəsi ilə təmin edilmişdir.
Şıxzamanlı qəsəbəsində bələdiyyənin balansında olan mini futbol meydançası təmir edilmiş, ətrafına dekorativ ağaclar və gül kolları əkilmişdir.
Kəpəz bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə İmamzadə Kompleksindəki Kəpəz bələdiyyəsinin tabeliyində olan qəbiristanlıqda daxili yolların asfalt örtüyünün salınması işləri başlanılmışdır. Hazırda 1-ci mikrorayon 10 saylı binanın həyatyanı ərazisində nümunəvi məhəllənin salınması işləri gedir.
Gəncə şəhərində aparılan çoxsahəli, geniş quruculuq və abadlıq işlərində sosial-iqtisadi, ekoloji, mədəni və digər tədbirlərin həyata keçirilməsində Kəpəz bələdiyyəsi öz fəaliyyətini günün tələbləri səviyyəsində quraraq, əhalinin sosial sifarişlərinin yerinə yetirilməsində özünüidarəni layiqincə təşkil edilməsinə çalışır.
Bələdiyyənin maliyyə gəlirlərinə toxunan sədr, büdcənin əsasən fiziki şəxslərin əmlak və torpaq vergilərindən, bələdiyyə torpaqlarının icarəsindən və satışından daxil olan ödənişlərdən, mədən vergisindən, mehmanxana və dayanacaq rüsumlarından, habelə bələdiyyənin göstərdiyi dəfn xidmətlərindən formalşır.
Hazırda bələdiyyədə çalışan 53 nəfər qulluçunun ortaylıq əməkhaqqı 374 manatdır. Bələdiyyənin maliyyə imkanları artdıqca əməkhaqqının artımı da diqqətdə saxlanılacaqdır.
“İlk olaraq bələdiyyənin qarşılaşdığı hansı problemin həllini istərdiniz”-sualına bələdiyyə sədri belə cavab verdi:
-Bələdiyyənin mülkiyyət hüququnun tanınmasında İqtisadiyyat Nazirliyinin müvafiq qurumları ilə rastlaşdığı problemlər aradan qaldırılsa vətəndaşların müraciətləri vaxtında öz həllini tapar.
Sonuncu bələdiyyə iclasında isə bu məsələləri müzakirə edib qərar qəbul etmişik:
-Gəncə şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsinin 2022-ci il büdcəsi haqqında,
-Kəpəz bələdiyyəsinə müraciət etmiş bir qrup vətəndaşa ailə vəziyyətinə görə birdəfəlik maddi yardım göstərilməsi haqqında
-Bələdiyyə torpaqlarının bilavasitə və hərrac yolu ilə satışa çıxarılması haqqında
-Kəpəz bələdiyyəsinin tabeliyində olan İmamzadə qəbiristanlığında daxili yolların asfalt örtüyünün salınması işləri davam etdirilməsi və digər cari məsələlər.
Fəaliyyətimizdə şəffaflıq prinsipləri qorunması məqsədiylə bələdiyyənin fəaliyyəti barədə məlumatlar mütəmadi olaraq sosial şəbəkələrdə, yerli mətbuat və televiziyalarda işıqlandırılır.
Demokrat.az