Planetin ən yaşlı insanı vəfat etdi

DÜNYA 23 noy 2021, 23:52

Filippində dünyanın ən yaşlı insanı Françiska Susano 124 yaşında vəfat edib.

Bu barədə Kabankalan şəhər hökuməti "Facebook"da məlumat yayıb.

Bildirilib ki, yaşlı qadın bazar ertəsi gecə saatlarında dünyasını dəyişib.

"Sevdiyimiz Françiska Susanonun vəfat etməsi xəbərini hüznlə aldıq. O, həmişə bizim ilhamımız və qürurumuz olaraq qalacaq", - paylaşımda deyilir.

Onun ölümün səbəbi dəqiqləşdirilməyib. Yerli səhiyyə idarəsi təqaüdçüdə virus xəstəliyinin heç bir əlamətinin olmadığını bildirib.

Şəhər rəsmiləri vurğulayıblar ki, mərhumun planetin ən yaşlı insanı statusu rəsmi olaraq Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənir. Susano 11 sentyabr 1897-ci ildə anadan olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top