22 yaşlı qızı kafedə döydülər

SOSİAL 23 noy 2021, 22:47

Xaçmaz rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə rayonun Çarxı kəndində qeydə alınıb.

Belə ki, Xaçmazın N.Nərimanov küçəsi, bina 70A ünvanında yaşayan, 1999-cu təvəllüdlü Əzimova Xanım Kənan qızı kafedə tanımadığı şəxs tərəfindən döyülüb.

X.Əzimova Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona burun sümüyünün qapalı sınığı, döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top