Paşinyan: “Ermənistan və Azərbaycan nümayəndələri arasında tez-tez görüşlər keçirilməlidir”

GÜNDƏM 23 noy 2021, 22:01

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, iki ölkə arasındakı münasibətlərdə böhranlı vəziyyətlərdən yayınmaq üçün Ermənistan və Azərbaycan nümayəndələri arasında təmaslar daha intensiv xarakter almalıdır.

O, bunu çərşənbə axşamı təşkil edilən onlayn mətbuat konfransı zamanı bəyan edib.

“Mövcud vəziyyətə əsasən hesab edirəm ki, Ermənistan və Azərbaycan nümayəndələri arasında tez-tez görüşlər keçirilməlidir ki, böhranlı vəziyyətlərdən çıxış yollarını tapa bilək”, - deyə Paşinyan bildirib.

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top