Xəzər dənizində köməksiz qalan iki nəfər xilas edildi — FOTO

HADİSƏ 23 noy 2021, 10:53
Noyabrın 21-də axşam saatlarında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Mərkəzi Regional şöbəsinin Sahil nəzarət bölməsinə balıqçı qayığının mühərriyində yaranmış nasazlıq səbəbindən 2 nəfərin dənizdə köməksiz qalmaları barədə məlumat daxil olub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Demokrat.az-a verilən məlumata görə, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticə­sində qayığın koordi­natları müəyyənləşdirilib, əraziyə göndərilən sərhəd gözətçi gəmisi tərəfindən Sumqayıt reydində sahildən təqribən 4 mil aralı dənizdə qalmış balıqçı qayığının heyəti-Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsinin sakinləri Hüseynov Fuad Əmircan oğlu və Hüseynov Ramil Əmircan oğlu xilas edilərək üzmə vasitəsi ilə birlikdə sahilə çıxarılmaları təmin olunub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top