Yeniyetmələri maşın vurdu

HADİSƏ 21 noy 2021, 22:45

Saatlıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şirinbəy kəndində qeydə alınıb. Belə ki, sakinlər - 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu və 2007-ci il təvəllüdlü Məmmədov Xəyal Pənah oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onları vurub.

Müxtəlif dərəcəli xəsarət alan yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top