Ermənistanda hərbi hissələrin birində müqaviləli hərbi qulluqçu silahla davranış qaydalarını pozması nəticəsində ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. 29 yaşlı Gevorq Avetyan noyabrın 15-də silahla davranış qaydalarını pozduğuna görə yaralanıb, xəstəxanaya çatdırılsa da, sağ qala bilməyib. Hadisənin Qeğarqunik vilayətində baş verdiyi bildirilir.

