Qurban Yetirmişli: “Bu gün baş verən zəlzələ qorxulu deyil”

SOSİAL 20 noy 2021, 20:06
Xəbər verdiyimiz kimi, bu gün 16:46 radələrində Şamaxıda 5.1 bal gücündə zəlzələ olub. Zəlzələ bir sıra şəhər və rayonlarda hiss edilib. Xüsusən Bakıda və Sumqayıtda da bu hiss olunub. Sosial şəbəkələrdə insanlar təşvişə düşdükləri barədə də məlumatlar yayırlar. 

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu gün baş verən zəlzələ qorxulu deyil: 

"16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib. Maqnitudası 5,1, dərinliyi 42 kilometr olub.Sadəcə bu zəlzələnin dərinliyi çoxdur. Dərin olduğunda görə, zəlzələ əksər rayonlarda hiss edilib. Güclü zəlzələdə ocaq nə qədər dərində olsa onun sirkələnmək arialı böyük olur. Əgər yer səthinə yaxındırsa, bu lokal sahəni yəni çox da böyük olmayan ərazini əhatə edir və dağıntısı daha çox olur. Bu gün baş verən zəlzələ dərinlikdə olduğu üçün ciddi dağıntı fəsadları törədə bilməz. Ancaq keyfiyyətsiz və köhnə tikililərə bu günki zəlzələ qismən ziyan vura bilər”. 

Qurban Yetirmişli  bildirib ki, bu gün baş verən zəlzələ Bakıda və Sumqayıtda ancaq hündürmərtəbəli binalarda hiss edilə bilib:
 
"Bakıda 30 mərtəbəli binalar var. Ola bilsin cüzi bu binalarda hiss edilsin. Məndə Patandartda bağımda oturmuşdum. Bunu heç hiss etməmişəm. Mərkəzdən zəng olundu ki, zəlzələ olub.”  
 
Mərkəz rəhbəri həmçinin vurğulayıb ki, indi baş verən əsas zəlzələ "şok” oldu:
 
"Bundan sonra da "after şok”ların olması gözlənilir. Bu cür güclü təkandan sonra "after şok”lar olmalıdır. Əhali buna görə, panikaya düşməyə ehtiyac yoxdur”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top