Ermənistandan açıqlama gəldi: “Kiçik addımlarla başlayırıq”

REGİON 20 noy 2021, 16:47
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə gözlənilən görüşü haqda açıqlama verib.

Demokrat.az xəbər verir ki, Fransanın Le Figaro qəzetinə danışan nazir bildirib ki, indiki vaxtda prioritet məsələ kiçik addımlarla irəliləyişə nail olmaqdır. Erməni nazirin sözlərinə görə, indiki mərhələdə əsirlərin qaytarılması və Qarabağda erməni mədəni irsinin qorunub saxlanması vacibdir: "Qarabağ münaqişəsinin yekun həlli məsələsi gündəmdə qalır, lakin tərəflər indiki mərhələdə kiçik addımlarla irəliləmək barədə razılığa gəliblər. 

Xarici işlər naziri həmçinin görüşün təşkilinə görə Fransa tərəfinə təşəkkür edib və ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqların bərpasının vacibliyini vurğulayıb.(turkustan.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top