Nazir koronavirusa görə distant təhsilə keçən məktəblərin sayını açıqladı

SOSİAL 20 noy 2021, 13:29
“Əgər məktəbdə 6-7 müəllim arasında yoluxma olarsa, onlar tədris apardığı siniflər təhlil olunur. Müəllimlərin daha çox sinifə girdikləri, daha çox insanla ünsiyyətdə olduqları müəyyənləşdirilir".

Demokrat.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, qaydalara görə ünsiyyətdə olan şəxslər müvəqqəti karantinə alınırlar: “Bu səbəbdən ayrı-ayrı siniflər və məktəblərdə distant təhsilə keçid olacaq. Tədris ilinin əvvəlindən təxminən 50-ə yaxın məktəbdə belə hal olub. Əsaəsn böyük şəhərlərdə olur. Çünki onlarda sıxlıq daha çox olur. Ümumilikdə Azərbaycanda 4 450-ə yaxın məktəbin olmasını nzəərə alsaq, 50-ə yaxın məktəb kifayət qədər kiçik rəqəmdir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top