Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşdı

BİZNES 18 noy 2021, 16:31
Oktyabr ayında Bakıda torpaq sahələrinin qiyməti əvvəlki ayla müqayisədə 9,24 faiz ucuzlaşıb.

Bu barədə Demokrat.az-a "MBA Group" konsaltinq şirkətindən məlumat verilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə torpağın qiymətində 12,34 faiz ucuzlaşma qeydə alınıb.

Oktyabr ayında torpağın bir sotunun orta qiyməti 18 878 manat təşkil edib.

Bildirilib ki, torpaq qiymətlərinin ucuzlaşması mövsümi xarakter daşıyır:

"Qış aylarında torpağa tələbat azaldığı və torpaq bazarında aktivlik aşağı düşdüyü üçün qiymətlərə təsir göstərir", - deyə məlumatda qeyd edilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top