Yerli məhsulların qiymət artımına səbəb nədir? — Ekspertdən açıqlama

GÜNDƏM 15 noy 2021, 15:05
“Ölkəmizdə istər ərzaq, istərsə də qeyri-ərzaq məhsullarının qiymət artımı hazırda müşahidə edilir. Bunun da müvəqqəti olduğunu düşünmürəm”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Ekspert qeyd edib ki, inflyasiya meyillərinn bir neçə səbəbi var: 

No description available.

“Azərbaycanda istər istehsal olunmuş məhsullarda, istərsə də idxal olunmuş məhsullarda qiymət artımı müşahidə edilməkdədir. Qiymət artımlarını da şərtləndirən əsas səbəblərdən biri  xarici ölkələrdə istehsal olunan məhsulların maya dəyərinin artması, yəni həmin ölkələrdə olan inflyasiya meyllərinin güclü olmasıdır ki, nəticə etibarilə də bu da idxal olunan məhsullarının baha qiymətə Azərbaycana gəlib çıxmasına zərurət yaradır. Bu da nəticədə bizim də satışda olan məhsullarımızın qiymət artımınına səbəb olur. İdxal etdiyimiz məhsulların qiymət artımının səbəbi isə hər hansı ölkələrdən bizə idxal edilən məhsulların qiymət artımı qiymətlərə birbaşa təsir edir. O ki qaldı daxili istehalsala əsaslanan məhsullara, yəni yerli istehsal məhsullarında qiymət artımınına, bunun da səbəbi istehsal olunan məhsulların müəyyən xammalının xaricdən idxal olunmasıdır. Nəticə etibarilə yerlərdə istehsal olunan məhsulların maya dəyəri artır. Maya dəyəri artdığı zaman avtomatik bu  qiymətdə də özünü göstərir. Digər səbəb isə biz də benzinin qiymətinin qalxması, müəyyən enerji daşıyıcılarının işığın, qazın qiymətində olan artımlar, eləcə də suyun qiymətində olan artımlardir. Nəticədə bunların qiymət artımı yerli məhsulların qiymətinə də təsir göstərir”. 

E.Əmirov qeyd edib ki, pandemiya səbəbindən dünyanın aparıcı ölkələrində, eləcə də Azərbaycanın özündə iqtisadi aktivliyin təmin olunması üçün iqtisadiyyatlara külli miqdarda dünya üzrə trilyonlarla dollarlıq vəsait buraxılıb: “Qeyd edim ki, iqtisadiyyata buraxılmış pul kütlələri avtomatik olaraq inflyasiya meyllərini yaradır. Bütün sadalanan bu şərtlər istər xaricdə, istərsə də ölkə daxilində olan məhsulların qiymət artımına gətirib çıxarır. Hesab edirəm ki, bu tendensiya müvəqqəti deyil. Hətta, bir müddət əvvəl Amerikanın araşdırma mərkəzləri bunun müvəqqəti adlandırmışdır. Bundan dolayı bəzi mütəxəssislər bu prosesi müvəqqəti adlandırır. Amma nəzərinizə çatdırım ki, Amerikanın özündə belə bunun müvəqqəti olmayacağını artiq etiraf edirlər. İnfliyasiyanın bir müddət davam eləyəcəyini söyləyirlər. 

Əslində istər yerli, istərsə də xaricdə bütün iqtisadi formalar üçün inflyasiya əslində normal haldır. Sadəcə olaraq, bu inflyasiyanın qədəri var, yəni 3-5 faizdir. İnflyasiya əslində iqtisadi inkişafı sürətləndirən, iqtisadi inkişaf üçün zəmin yaradan bir amildir. Bu normaldır, normal olmayan inflyasiya həddinin yuxarı olmasıdır. Bu iqtisadiyyat üçün problemlər yaradır. Hazırda da məhz sadəcə inflyasiya deyil, yuxarı həddli bir inflyasiya müşahidə edilir. Bu da  təkcə biz də deyil, bütün dünyada müşahidə meylləridir. Nəticədə bu da bizə sirayət edir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top