Həmsədrlərdən Bayramov-Mirzoyan görüşü ilə bağlı BƏYANAT

GÜNDƏM 11 noy 2021, 23:28

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Xovayev (Rusiya, Endryu Şoffer (ABŞ) və Bris Rokfol (Fransa) Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrı-ayrılıqda görüşüb.

Bu barədə ATƏT-in saytında məlumat yayılıb.

Görüşdən sonra yayılan bəyanatda deyilir ki, noyabrın 10-da keçirilən görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

"Həmsədrlər gərginliyin azaldılması və bu kontekstdə gələcək addımlar, o cümlədən gələcək görüşlərin keçirilməsi və həmsədrlərin regiona təklif olunan səfəri ilə bağlı müzakirələri davam etdiriblər", - məlumatda deyilir.

Mətndə həmçinin qeyd olunur ki, həmsədrlər xarici işlər nazirləri ilə 9 noyabr 2020-ci il tarixli bəyanatda nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsini müzakirə ediblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top