Şəhidin ildönümü günü evində partlayış: yaralılar var — FOTO

SOSİAL 11 noy 2021, 21:04

Gəncə şəhərində yaşayan Vətən müharibəsi şəhidi Elməddin Namazovun vaxtı ilə yaşadığı mənzildə partlayış baş verib. Hadisə şəhidin ildönümündə Yeni İrəvan qəsəbəsində qeydə alınıb.

Bu barədə şəhidin anası Fazilə Namazova məlumat verib.

Qadının sözlərinə görə, hadisə nəticəsində qızları Xatun və Təhminə Namazovalar müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Hazırda vəziyyətləri normaldır. Dedilər hadisə hamamdakı qızdırıcı cihazdan baş verib. Hamam dağılıb, məişət əşyalarım yararsız hala düşüb", - deyə F. Namazova bildirib.


publika.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top