Xankəndidə sülhməramlılara nə üçün heykəl qoyulub?— Bu icazəsiz addım niyə atılıb? (FOTO)

GÜNDƏM 11 noy 2021, 19:58

Rusiya sülhməramlılarının Xankəndində yerləşən hərbi şəhərciyinin ərazisində sülhməramlıların şərəfinə abidə qoyulub.

Bu barədə TASS məlumat yayıb.

Sülhməramlı kontingentin Qarabağda mövcudluğunun bir illiyi münasibəti ilə çoxsaylı tədbirlər keçirilib. Tədbirlər çərçivəsində rus kilsəsi fəaliyyətə başlayıb.

Tədbirlərdə Cənub dairəsi komandanının müavini Rüstəm Muradov da iştirak edib.

Bu baxımdan, sülhməramlılara qoyulan abidənin açılışı təəccüblüdür. Abidənin özü da xeyli suallar doğurur: Silahlı əsgər və ona gül verən qızcığaz təsvir olunub.

Bu heykəl nəyin simvoludur? Sülhməramlı nə üçün kimlərisə azad edən “azadlıq əsgəri” kimi təsvir olunur? Azərbaycan Ordusu nə vaxt özünün vətəndaşları saydığı dinc erməni sakinlərinə qarşı hərbi əməliyyat aparıb?

Qarabağ bütün beynəlxalq sənədlərdə Azərbaycan ərazisi kimi tanınır. Belə addımlar heç də sülhə töhfə vermir. Sülhməramlılar Qarabağda müvəqqəti məskunlaşıb və 3-4 ildən sonra onların taleyi barədə qərar veriləcək./azpost.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top