Azərbaycan "demokratiya sammiti"nə niyə dəvət edilmədi…

GÜNDƏM 11 noy 2021, 17:58
ABŞ-ın təşkil etdiyi "demokratiya sammiti" bir qayda oalraq bu dövlətin maraqları kontekstində izah olunan hadisədir.

Xatırlayırsınızsa Co Bayden prezident seçildikdən sonra etdiyi çıxışların birində qeyd etmişdi ki , Amerika dünyaya qayıdır. Yəni ABŞ yenidən dünyaya demokratiya "ixrac" etməklə dünayda baş verənlərə təsir etməyə çalışacaq. Bu fikri səsləndirmək zərurəti isə ondan irəli gəlirdi ki, keşmiş Prezident D.Tramp artıq Amerikanın ayrı-ayrı ölkələrdə demokratik seçkilər vasitəsilə formalaşan hakimiyyətləri devirmək ənənəsinə son qoyacağını bildirmişdi. Eyni zamanda qeyd etmişdi ki, İŞİD–i  Klintonla Obama yaradıb. Əlavə heç bir müdaxilə etmədən iki ABŞ prezidentinin bu fikirlərini analiz etsək görəcəyik ki, ABŞ  demokratiyadan başqa dövlətlrə təzyiq etmək və onları yönləndirmək üçün bir alət kimi istifadə edir.

Yəni ABŞ-ın "ixrac demokratiyası" ilə həqiqi demokratiyanın heç bir əlaqəsi yoxdur. Ona görə də "demokratiya sammiti" həm də məhz bu məqsədə xidmət edən tədbir kimi qiymətləndirilməlidir. Hələ U. Çörçill deyirdi ki, demokratiya bizim uzaqvuran silahımızıdr. Biz Avropadan kənarda istənilən hədəfi onunla dəqiq vura bilərik. Beynəlxaql münasibətlərin hazırki mərhələsi onu deməyə əsas verir ki, bu doğurdan da belədir. Qərb İmperializmi İraqı, Liviyanı, Suriyanı, Yəməni Yaxın Şərqin digər müsəlman ölkələrini məhz bu "demokratiya silahı" ilə dağıtdı. İndi isə bölüb parçaladığı, 1 milyondan artıq vərəndaşını öldürdüyü İraqı demokratiya sammitinə dəvət edir. Bu istehza və ironiyadır. Eyni zamanda terrorist dövlət olan və 30 il müddətində Azərbaycan xalqına qarşı dövlət səviyyəsində hər cür terror həyata keçirən, hələ dünənə qədər işğalçı olan Ermənistanı demokratiya sammitinə dəvət edir. Sırf Ermənistnın dəvət edilməsi kontekstində  bu sammit  demokratiya sammiti yox bölücülüyün, etnik seperatizmin və terrorun təşviq edilmısi sammiti kimi xarakterizə oluna bilər.

Qlobal imperializmin "cib demokratları"na gəldikdə isə onların vəzifəsi informasiya müstəvisində mənsub olduqları xalqı və dövləti terrora məruz qoymaqla demokratiyanı sifariş aldıqları imperialist mərkələr üçün daha effektiv silaha çevirməkdir. Ona görə də informasiya terroru ilə məşğul olan "cib demokratları" sosial şəbəkə və internet resursları üzərindən bu hadisəni uzun müddət Azərbaycana qarşı manipuliyasiya edəcəklər. Axı Azərbaycan Qlobal imperializmə, onun ikili standartlar siyasətinə  baş əyməyərək öz ərazi bütövlüyünü bərpa edib, Qlobal İmperializmin iradəsindən kənara çıxıb. Ona görə də o "demokrat" ola bilməz. Bax məsələ bu qədər sadə, "demokratiya sammitiləri" isə bu qədər primitivdir. Dünya isə 5-dən böyükdür. Ona görə də bu həqiqəti ifadə edən, qardaş Türkiyə də, dəvət ala bilməyib. Çünki qardaş ölkə müstəqil siyasət həyata keçirir, imperializmin Yaxşn Şərqi dövlətsizləşdirmək, terrorlaşdırmaq planına mane olur.

Millət vəkili Hikmət Babaoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top