Nazir pensiyaların artırılmasından danışdı

SOSİAL 11 noy 2021, 15:52
“Son 3 ildə ölkədə əmək müqavilələrinin sayı 400 min artıb. Həmin müqavilələrin 300 mini özəl sektorun payına düşür”.

Demokrat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Bu gün DSMF-nin gəlirlərində və əhaliyə ödənişlərində büdcə və qeyribüdcə sektorunun payı qoruna bilir. Gələn il əmək pensiyaları üzrə ümumilikdə 71 milyon manat artım planlaşdırılır”, - nazir vurğulayıb.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 noy 2021, 18:28
Top