“Sülhməramlıların fəaliyyəti artıq Azərbaycanın milli təhlükəsizliyini, ərazi bütövlüyünü təhdid edir” — Politoloq

QARABAĞ 10 noy 2021, 18:19
"Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirdiyi ərazidə qanunsuz fəaliyyəti göz qabağındadır. Məhz Ermənistan müdafiə naziri Arşak Karapetyanın Azərbaycan ərazilərinə gəlməsi, burada separatizmə dəstəyi təbii ki, Rusiya sülhməramlıların müşayiəti altında olub. Hətta, o, rus sülhməramlılarının maşınında, onların müşayiəti altında Qarabağa gəlib. Əlbəttə ki, bu yolverilməzdir. Məhz ötən gün Şuşa ətrafında ermənilərin təxribatı da sülhməramlıların nəzarəti altında keçirildi. Görünür, müəyyən dərəcədə Azərbaycana təzyiqlər etməyə çalışırlar, amma düşünürəm ki, bu proseslər Azərbaycanın əlini daha da gücləndirəcək. Rusiya sülhməramılı qüvvələrinin fəaliyyəti ilə bağlı ciddi şəkildə ölçü götürüləcək".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

M.Əsədullazadə qeyd edib ki, ümumiyyətlə, rus sülhməramlılarının fəaliyyəti artıq Azərbaycanın milli təhlükəsizliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini təhdid edir: "10 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndinin yerinə yetirilməməsi, erməni silahlı birləşmələrinin çıxarılmaması məhz Rusiyanın siyasətinin nəticəsidir. Hazırda Rusiya sülhməramlıların arxasında gizlənən bu siyasi terrorçu qruplaşmalar təxribatla məşğul olurlar. Ona görə də Azərbaycan tərəfi Rusiya ilə ciddi danışaqlar aparmalı və bu məsələləri yoluna qoymalıdır". 

Politoloq rus sülhməramlı qüvvələrinin Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olduğunu deyib: "Çünki erməni silahlı birləşmələrinin silah-sursatla təchiz edilməsi məhz onlar vasitəsilə həyata keçirilir. Göründüyü kimi, sülhməramlıların məsuliyyət zonasında erməni terrorçu qrupları onların arxasında gizlənib. Azərbaycan mülki vətəndaşlarına qarşı təxribat olunur və silahdan atəş açılır. Təbii ki, bunun məsuliyyəti Rusiya sülhməramlıların üzərindədir. Azərbaycan konkret olaraq 10 noyabr Birgə Bəyannaməsini 4-cü bəndinin tələbəni həyata keçirməlidir. Əlbəttə ki, silah-sursatın keçirilməsində başqa məqsəd də var. Rusiya burada Azərbaycana təzyiq etməyə çalışır, həmçinin Azərbaycan-Ermənitan arasında mövcud olan 10 noyabr və 11 yanvar razılaşmalarının həyata keçirilməsinin qarşısını alır. Ümumiyyətlə, rus sülhməramlıların fəaliyyəti artıq qanunsuzdur. Azərbaycan konkret olaraq onların fəaliyyətinə korrektə etməli və bu barədə Moskva ilə danışıqlar aparmalıdır. Yaxud da ki, antiterror hərbi əməliyyatlar həyata keçirməlidir. Burada bir mühüm məsələ də var. Rusiya çalışır ki, onların mandatını Azərbaycan imzalasın, amma mandatın imzalanması Azərbaycanın əleyhinədir. Çünki orada müəyyən şərtlər var və bu, Azərbaycanın maraqlarına cavab vermir. Ona görə də, Azərbaycanın alternativi ciddi hərbi təzyiqlər yolu ilə bu məsələni yoluna qoymasıdır".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top